Azərbaycanda 9 mindən çox


Digərləri 11 Okt 2018 22:31:00 324 0

Azərbaycanda 9 mindən çox

Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, qeydə alınmış boşanma hallarının sayı isə 9877 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.