Şəmkir sakinindən külli miqdarda narkotik və silah götürülüb


Digərləri 11 Okt 2018 20:38:49 232 0

Şəmkir sakinindən külli miqdarda narkotik və silah götürülüb

Saxlanılan şəxs istintaqa təhvil verilib.

Bakı. Şəmkir sakinindən külli miqdarda narkotik və silah götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.