ABŞ İran qüvvələrini vurmağı dəstəklədi


Dünya 11 Okt 2018 20:08:00 332 0

ABŞ İran qüvvələrini vurmağı dəstəklədi

İsrailin Suriyadakı iranyönlü qüvvələrə zərbə endirməsi haqqını dəstəklədiyinə görə ABŞ-a təşəkkür edirik.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotem paylaşıb.

"İran və onun Suriya ilə Livandakı terrorçu təşkilatlarına İsrailin suverenliyini və xalqını təhdid etməyə imkan verməyəcəyik. İsrailin özünümüdafiə haqqını açıq mövqe ilə dəstəklədiyinə görə, ABŞ Dövlət katibi Pompeoya təşəkkür edirik", - deyə o bildirib.