Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb


Digərləri 11 Okt 2018 18:07:00 71 0

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb.

Bakı. Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları, Ukrayna ictimaiyyəti arasında narazılığa səbəb olub. Belə ki, xüsusilə, Azərbaycanın Ukraynadakı səfirliyi oktyabrın 9-da üç azərbaycanlı gəncin ukraynalı bloqerlərə qarşı qeyri-etik davranışları ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Səfirlikdən Trend-ə bildirilib ki, insident baş verən videogörüntüdə azərbaycanlı gəncin guya Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması ilə bağlı səfirliyə çoxsaylı müraciətlər daxil olub: "Qeyd edilən şəxslərin Azərbaycanın Ukraynadakı səfiri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Hətta həmin gənclərin hər hansı qohumu səfirlikdə çalışmır. Bu cür halların baş verməsi isə təəssüf hissi yaradır". Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır: "Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir. Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, yaxın günlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və ziyalılarının iştirakı soydaşlarımızın Ukraynadakı vəziyyəti, problemlər və qarşıda duran məsələlərə dair “dəyirmi masa” təşkil ediləcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirildi like
  • 11 Okt 18:00  
Kriminal "Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan xalq mahnıları" adlı

arrow Ətraflı
İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı like
  • 11 Okt 17:59  
Digərləri İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı

İsmayıllı rayonunun Qoydan kəndində sürüşmə prosesi aktivləşib.

arrow Ətraflı
Məhkum qızına gətirdiyi sovqatın içindən spirtli maye çıxıb like
  • 11 Okt 17:53  
Digərləri Məhkum qızına gətirdiyi sovqatın içindən spirtli maye çıxıb

4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməs

arrow Ətraflı
Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu, sürücü isə... like
  • 11 Okt 17:52  
Digərləri Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu, sürücü isə...

Türkiyəyə səfər edən azərbaycanlı iş adamının başına iş gəlib.

arrow Ətraflı
Bakıya gətirilən erməni şokoladları ilə bağlı like
  • 11 Okt 17:51  
Digərləri Bakıya gətirilən erməni şokoladları ilə bağlı

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsu

arrow Ətraflı
Husilər Səudiyyə Ərəbistanına raket atdı like
  • 11 Okt 17:50  
Dünya Husilər Səudiyyə Ərəbistanına raket atdı

Husi döyüşçüləri Səudiyyə Ərəbistanının cənubunda yerlşən Asir b

arrow Ətraflı
Kadırovu qəzəbləndirən çeçen üzr istədi like
  • 11 Okt 17:48  
Dünya Kadırovu qəzəbləndirən çeçen üzr istədi

İnsanların üzərinə içki bankası atan Çeçenistan vətəndaşı əməlin

arrow Ətraflı
İstanbulun yeni hava limanından Bakıya like
  • 11 Okt 17:46  
Dünya İstanbulun yeni hava limanından Bakıya

İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerl

arrow Ətraflı
Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"... like
  • 11 Okt 17:44  
Siyasət Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"...

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqalən

arrow Ətraflı
DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil like
  • 11 Okt 17:44  
Digərləri DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil

Ermənistan mənşəli məhsulların rəsmi idxal əməliyyatları zamanı gəti

arrow Ətraflı