Millət vəkili: 2018-ci il də Azərbaycan iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq


Digərləri 11 Okt 2018 17:41:00 213 0

Millət vəkili: 2018-ci il də Azərbaycan iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq

2018-ci il də Azərbaycan iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd etdiyi kimi, 2018-ci il böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. A.Hüseynovun fikrincə, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, 2018-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu. Millət vəkili bildirib ki, xüsusilə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu il ölkə iqtisadiyyatına qoyulan 9 milyard dollar investisiyanın böyük hissəsi, yəni 5,6 milyardı qeyri-neft sektoruna yönəldilib: