“Azəriqaz” abonentlərinin sayı 2 milyon 154 mini ötüb


Digərləri 11 Okt 2018 16:59:13 204 0

“Azəriqaz” abonentlərinin sayı 2 milyon 154 mini ötüb

Əhali sektoru üzrə 60 772 yeni abonent qeydiyyata alınıb

Bakı. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 60 772 yeni abonent qeydiyyata alınıb ki, bunun da 36 654-ü Bakı, Abşeron və Sumqayıt, 24 118-i isə regionlar üzrədir. İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.