Taksi ilə getdilər, düşəndə sürücünün də pulunu aldılar


Digərləri 11 Okt 2018 16:44:00 284 0

Taksi ilə getdilər, düşəndə sürücünün də pulunu aldılar

Oktyabrın 10-da DİN-in "102 - Zəng Mərkəzi"nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi "Saipa" markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüb gediblər. 

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər də məhkum olunmuş Azər Abuzərov  polis əməkdaşları tərəfindən saxlanılıb.