İşsiz şəxslərə mal və materialların verilməsinə başlanılıb (FOTO)


Digərləri 11 Okt 2018 16:06:00 271 0

İşsiz şəxslərə mal və materialların verilməsinə başlanılıb (FOTO)

Özünüməşğulluq proqramı çərçivəsində işsiz vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

Bakı. Özünüməşğulluq proqramı çərçivəsində işsiz vətəndaşlara mal və materialların verilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb. İlk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq. Dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.