Azərbaycan kinosunda istifadə olunan geyimlərdən, tarixi əşyalardan ibarət sərgi açılacaq


Digərləri 11 Okt 2018 14:34:00 232 0

Azərbaycan kinosunda istifadə olunan geyimlərdən, tarixi əşyalardan ibarət sərgi açılacaq

Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu çəkiliş meydançalarında” foto sərgisi keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Oktyabrın 12-də saat 17:00-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu çəkiliş meydançalarında” foto sərgisi keçiriləcək. Bu barədə Trend-ə “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov məlumat verib.