Bakıda avtobusda "manyak"ın qadına əxlaqsızlıq anı


Digərləri 11 Okt 2018 13:42:00 352 0

Bakıda avtobusda "manyak"ın qadına əxlaqsızlıq anı

Bakının Məhəmmədi kəndindən "Koroğlu"ya işləyən "217" nömrəli sərnişin avtobusunda iyrənc olay baş verib.

Son.az xəbər verir ki, Zabrat 2 adlanan ərazidən avtobusa minən orta yaşlı kişi basabasdan istifadə edərək öndə tək nəfərli oturacaqda əyləşən qadına qarşı əxlaqsız hərəkətlər edib.

Kişi əlini önə apararaq bir neçə dəqiqə davamlı olaraq qadının sinəsinə toxunub. Bunu digər sərnişinlərin görmədiyindən arxayın olmaq üçün sağa-sola tez-tez göz gəzdirən kişi əxlaqsız əməlini davam etdirib.

Ən təəccüblüsü isə qadının bu olaya reaksiya verməməsi olub.

Hərəkətinin digər sərnişinlər tərəfindən hiss edildiyini duyan şəxs dərhal əlini cibinə salıb və avtobusun dayanmağından istifadə edərək düşüb.

Məhəmməd Vaqif Son.az

Videonu izləmək üçün şəklə klikləyin: