Uşaqdan imtina edən Mənzurə Musayeva efirdə göz yaşına boğuldu VİDEO FOTO


Şou-biznes 11 Okt 2018 13:22:00 329 0

Uşaqdan imtina edən Mənzurə Musayeva efirdə göz yaşına boğuldu  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" proqramının qonaqlarından biri də müğənni Mənzurə Musayeva olub. Son.az xəbər verir ki, proqrama müraciət edən bir xanım 3 yaşlı uşağını Mənzurə Musayevaya vermək istəyib. Müğənni isə bu addımı pisləyərək göz yaşlarını saxlaya bilməyib. "İstəmirəm ana balasından imtina etsin. Qıraqdakı ona nə qədər yaxşı baxsa da, ana anadır. Anası olmasa, bəlkə də, baxaram. 3 yaşı var uşağın. O, artıq anasını hiss edir. Bu, artıq mənə yamaqdır. Həmişə fikrində qalacaq ki, anam məni aparıb verdi. Mən o anaya pis baxıram. Elə ana olmaz. Ana necə balanı ata bilər. Yenə məni ağladırsız burda. Mən bala şirinliyi görməmişəm, amma mən o ata, ananı pisləyirəm. O mövzuya toxunmayın".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto