Bu gün Olimpiadada güləşçilərimizin rəqibləri məlum olacaq


Digərləri 11 Okt 2018 13:25:00 207 0

Bu gün Olimpiadada güləşçilərimizin rəqibləri məlum olacaq

Bu gün Olimpiadada güləşçilərimizin rəqibləri məlum olacaq.

Bakı. Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sabah güləş yarışlarına start veriləcək. Olimpiadada ölkəmizi iki güləşçi təmsil edir. Şahanə Nəzərova (43 kq) Braziliya, Misir, Fransa, Hindistan, Moldova, Monqolustan, Yeni Zelandiya, Nigeriya və ABŞ təmsilçisi ilə mübarizə aparacaq. Turan Bayramovun (65 kq) rəqibləri isə Misir, İran, Yeni Zelandiya, Pakistan və ABŞ güləşçisi olacaq. Oktyabrın 13-də Ş.Nəzərova, ertəsi gün isə T.Bayramov xalça üzərinə çıxacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 17:00-da, medal qarşılaşmaları isə gecəyarısı başlayacaq.