BakıTbilisiQars dəmir yolu xətti ŞimalCənub dəhlizi üçün böyük perspektivlər yaradır


Digərləri 11 Okt 2018 12:45:00 261 0

BakıTbilisiQars dəmir yolu xətti ŞimalCənub dəhlizi üçün böyük perspektivlər yaradır

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb.

O.Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.