Bakıda ər-arvadı döyərək 25 min manat oğurlayan şəxs tutulub


Digərləri 11 Okt 2018 12:31:49 214 0

Bakıda ər-arvadı döyərək 25 min manat oğurlayan şəxs tutulub

Quldurluq etməkdə şübhəli bilinən qrupun digər üzvü də saxlanılıb

Bakı. Quldurluq etməkdə şübhəli bilinən qrupun digər üzvü də saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb. Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.