"Yazırlar ki, salonda işləyənlər pozğun olur"


Digərləri 11 Okt 2018 12:24:48 237 0

"Yazırlar ki, salonda işləyənlər pozğun olur"

Son.az xəbər verir ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində, beş mərtəbəli binanın həyətindəki qarajda sevgilisi ilə birlikdə dünyasını dəyişən Könül Əhədovanın anası baş verən hadisənin təfərrüatları barədə a24.az-a müsahibə verib.

Gülnarə Əhədova qızı haqqında yazılan xəbərlərin əsassız olduğunu, yayılan şayiələrin isə onu çox hiddətləndirdiyini bildirib.

- Gülnarə xanım, həmin günü necə xatırlayırsınız?

- Avqustun 28-də, axşam saat 9-a işləmiş qızım dedi ki, Elvinlə görüşüb şəhərdə gəzəcəklər. Mən də icazə verdim. 12-yə işləmiş zəng etdim, dedi ki, yoldayam, gəlirəm. Sonra məni yuxu tutub, yatmışam. Oyananda gördüm ki, saat 2-yə işləyib. Durmadan Elvinə və Könülə zəng etdim. Onlarla əlaqə saxlamaq cəhdlərim boşa çıxdı. Qəfildən içimdə bir səs dedi ki, "onlar ölüblər".

Bacıma zəng etdim ki, bəs, Könüldən xəbər ala bilmirəm. Elvinlə bacımgil qonşudurlar. Bacım evə gedəndə görüb ki, həyətdə səs-küy var. Hər kəs "Elvin, Elvin!" deyə qışqırır. Bacım soruşub ki, "maşında qız da olub?" deyiblər ki, oğlanla bərabər bir qız da boğulub.

Onun ölüm xəbərini alanda, dünya başıma fırlandı. Mən onu min bir əziyyətlə böyütmüşdüm. Onu tanıyanlar bilir ki, o, çox yaxşı qız olub. Könül ən gec 11-ə işləmiş, uzağı 12-yə işləmiş evdə olub. Evə gec gələn hər qız pis deyil ki. Qızımın rəfiqələri belə olmayıb. O, heç vaxt evə gec gəlmirdi. Yayda hamı axşam saatlarında şəhərə gəzməyə çıxır, həyətə hava almağa düşür. Elvin onu çox qoruyurdu. Hər yerə onunla gedirdi. Könül sevgisinin qurbanı olub.

- Qızınızın sevdiyi insan olduğunu necə öyrəndiniz?

- Hər bir qızın sevməyə haqqı var. Qızımın 16 yaşı olanda Elvinlə tanış olublar. Bilirdim ki, Könülün sevdiyi insan var. Qızımla bu barədə söhbət etdim. O, məni Elvinlə tanış elədi. Həmin vaxt mən oğlanın nişanlı olduğunu bilmirdim.

Qışda Elvin mənə nişanlı olduğunu söylədi. Məndən elçilik üçün möhlət istədi. Qızım yalnız son iki ildə Elvinin nişanlı olduğunu bilmişdi. Dəfələrlə Elvindən ayrılmaq da istəmişdi. Lakin o, qızımı ayrılmağa qoymurdu, əl çəkmirdi ondan.

Elvin anasının yaxın rəfiqəsinin qızı ilə nişanlanmışdı. O, Könülə deyirdi ki, nişanlımı sevmirəm, işlərimi yoluna qoyum, sizə elçi göndərəcəyəm. Mənə də deyirdi ki, sizin qızınızı sevirəm, onunla ailə quracam. Oğlanın toyu olacağını biz bilmirdik. Elvin 9 il nişanlı olub. Mənim qızımla isə 5 illik sevgi münasibətləri vardı. Bilmədiyimiz səbəblərdən dolayı onların toyu olmayıb. Bunu anlaya bilmirəm. Qızım Elvinin telefonunda nişanlısının şəkilini görəndə, hər şey ortaya çıxmışdı. Könül ondan ayrılmağa çalışdı. Elvin isə "o mənə aiddir" deyib qızımdan ayrılmırdı. Könülə "səni heç kimə yar etməyəcəm" demişdi. Elvinin anası qızıma zəng etdi ki, "oğlumdan uzaq dur, nişanlısından soyuyur". Mən də onu çox danlamışdım ki, niyə nişanlı oğlanla danışırsan? Deyirdi ki, "Elvin nişanlısını sevmir, məni sevir".

- Deyilənlərə görə Könül salonda çalışırdı. Hətta hadisənin baş verdiyi avtomobil də Könülə məxsusdur. Bu barədə nə deyə bilərsiniz?

- Könül işləmirdi. Salonda dırnaqları qaynaq etməyi öyrənirdi. Yazırlar ki, salonda işləyənlər pozğun olur. Bu sözlər məni çox incidir. Könül hər zaman hara getsə, məndən icazə alırdı. Elvin onu özü aparıb, özü gətirirdi. Hadisə baş verən maşın mənim qızımın deyil. Yalan xəbərlər yazırlar. Maşın Elvinindir. Heç bir intim əlaqədən söhbət belə gedə bilməz. Bununla bağlı ekspertizanın rəyi də var.

Elvin maşından düşüb, sürünərək xilas olmağa çalışıb. Lakin huşunu itirib. Könül isə maşının arxa oturacağında dünyasını dəyişib. Deyirlər ki, guya mən qızımdan imtina etmişam. Elə bir şey olmayıb. Guya mənim qızımı Elvinin ailəsi dəfn edib. Xeyr! Qızıma rayonda 7 gün yas verilib. İnternetdə yayılan fotolardakı qaraj belə həmin qaraj deyil.

- Bəs ailələr arasında hər hansı münaqişə baş verib?


Xəbərə aid foto