Rusiya Avropa Şurasından çıxarıla bilər


Dünya 11 Okt 2018 12:14:00 243 0

Rusiya Avropa Şurasından çıxarıla bilər

Rusiya Avropa Şurasının büdcəsinə ödənişi 2019-cu ilin ortalarınadək bərpa etməsə, qurumun nizamnamə orqanlarına üzv dövlətlərin siyahısından çıxarıla bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib.

O qeyd edib ki, üzvlük haqlarının iki il ərzində ödənilməməsi sanksiyaların tətbiqi üçün əsasdır.

Konkret olaraq Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti dayandırıla bilər.