Bakıda istixanada 2 mindən çox çətənə kolu yetişdirən şəxs saxlanılıb (FOTO)


Digərləri 11 Okt 2018 11:50:34 219 0

Bakıda istixanada 2 mindən çox çətənə kolu yetişdirən şəxs saxlanılıb (FOTO)

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb.