Azərbaycanda fiziki şəxslərin banklardakı əmanəti açıqlandı


Digərləri 11 Okt 2018 10:20:00 230 0

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanəti açıqlandı

Azərbaycanda 2018-ci il avqustun sonuna olan vəziyyətə görə fiziki şəxslərin banklarda əmanətlərinin həcmi 8,02 milyard manat təşkil edib

.

Son.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 16,4 faiz, 2018-ci ilin əvvəlindən isə 6,9 faiz artıb. Əmanətlərin 63 faizi və ya 5,05 milyardı xarici valyutada yerləşdirilib.

Hüquqi şəxslərin banklarda əmanətlərinin həcmi 12,57 milyard manat təşkil edib və il ərzində 12,3 faiz, ilin əvvəlindən isə 6,3 faiz azalıb.