Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb


Digərləri 11 Okt 2018 09:47:00 243 0

Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq. Çöl donuzu (qaban) Ovlanma müddəti : 15 sentyabr-22 dekabr 2018-ci il Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında Dovşan Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında Cüllüt Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il