İlk Facebook qurğusu buraxılıb


Digərləri 11 Okt 2018 08:51:00 225 0

İlk Facebook qurğusu buraxılıb

"Facebook" şirkəti "Messenger" əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik "Portal" və "Portal+" "ağıllı" dinamiklərini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Portal" dinamikinin ekran diaqonalı 10 düym (25,4 sm), "Portal+" dinamikinin isə 15,6 düym (39,6 sm) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.

Məlumata görə, "Alexa" əlavəsini dəstəkləyən "ağıllı" dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirir ki, "Portal" və "Portal+" vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.