İlk kvant süni həyat yaradılıb


Digərləri 11 Okt 2018 08:25:00 278 0

İlk kvant süni həyat yaradılıb

Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə olaraq kvant kompüterdən süni həyatın yaradılması - canlı orqanizmlərin mövcudluğunun modelləşdirilməsi üçün istifadə edib. Alimlər həyatın bütün mərhələlərini (bütöv sosial qrupların fəaliyyətindən tutmuş, ayrı-ayrı hüceyrələrin fəaliyyətinədək) dərk etmək üçün simulyasiyadan yararlanmaq imkanı əldə ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, İspaniyanın Basklar Ölkəsi Universitetinin yeni tədqiqatı kvant mexanikasının həyatın əmələ gəlməsini izah edə bilməsi baxımından böyük irəliləyiş hesab edilir. Tədqiqat qrupunun məqsədi Carlz Darvinin təkamül nəzəriyyəsi proseslərini kvant kompüterdə təkrarlayan kompüter modelinin yaradılmasından ibarət olub. Bunun üçün tədqiqatçılar tərəfindən "IBM" şirkətinin hazırladığı 5 kubitə malik kvant prosessordan istifadə olunub. Kvant alqoritm əsas bioloji prosesləri (canlandırma, mutasiya, fərdlər arasında əlaqə və ölüm) kubitlər səviyyəsində imitasiya edib. Nəticədə ekspertlər təkamül prosesinin mikroskopik səviyyədə inkişaf edən dəqiq modelləşdirilməsini əldə etməyə nail olublar.

Kvant süni həyatın modelləşdirilməsi Yerdə həyatın əmələ gəlməsi məsələsində yeni yanaşmadır.  

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.