Mate 20X smartfonu təqdim olunacaq VİDEO


Digərləri 11 Okt 2018 07:41:00 267 0

Mate 20X smartfonu təqdim olunacaq  VİDEO

Bir neçə müddət bundan öncə məlum oldu ki, Huawei şirkəti bu ay təqdim edəcəyi Mate 20 flaqman seriyasında daha bir smartfonu göstərəcək. Üçüncü smartfonun kod adı Everest-dir. Bir çoxları düşündülər ki, sözügedən model Porsche Design premium versiyası olacaq. Lakin şirkətin paylaşdığı rəsmi tizer videosu Everest kod adına sahib smartfonun məhz gamerlər üçün nəzərdə tutulacağına işarə edir. Gamer smartfonunun adı isə Mate 20X olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, Mate 20X daha təkmilləşdirilmiş soyuducu sistemə sahib olacaq. Beləliklə istifadəçilər yüksək tələblərə sahib oyunları oynayan zaman prosessorun korpusa olacaq qızma səviyyəsi aşağı düşəcək. Bundan əlavə olaraq tizer videosu smartfonda yüksək həcmli batareyanın olacağına da işarə edir. Smartfonun texniki göstəriciləri barəsində məlumat verilməsə də, onun 2240x1080 piksel keyfiyyətli 7.21 inç OLED ekran və Kirin 980 prosessoru, 4/8 GB RAM və 128/512 GB daxili yaddaş ilə təchiz olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, hər 3 smartfon modelinin təqdimatı 16 Oktyabr tarixində Londonda baş tutacaq.