Artıq dozada bu vitaminin qəbulu sümüklərin sınmasına səbəb ola bilər


Digərləri 10 Okt 2018 23:18:00 210 0

Artıq dozada bu vitaminin qəbulu sümüklərin sınmasına səbəb ola bilər

A vitamininin həddindən artıq qəbulu sümüklərin sınmasına səbəb ola bilər. Bunu bioloji əlavələrdən istifadə edənlərin bilməsi daha vacibdir.

Bu barədə Journal of Endokrinology jurnalında İsveçin Qiteborq Universitetinin Sümük Xəstəlikləri və Artriti Öyrənilməsi Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqatların nəticələrinə həsr olunmuş məqalədə məlumat verilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, A vitamini (retinol) orqanizmdə baş verən bir çox bioloji proseslərin gedişində əsas rollardan birini oynayır. Buna böyümə, görmə, müxtəlif orqanların və immunitetin fəaliyyəti də aiddir. Orqanizm özbaşına A vitamini istehsal edə bilmir. Lakin tərkibində ət, balıq, yumurta, süd məhsulları, meyvə və tərəvəz olan düzgün qidalanma ilə bu maddəyə olan tələbatı tam ödəmək olar.