İrandan oğurlanmış Əhəməni dövlətinə aid olan barelyef vətəninə qaytarılıb


Dünya 10 Okt 2018 22:46:00 304 0

İrandan oğurlanmış Əhəməni dövlətinə aid olan barelyef vətəninə qaytarılıb

ABŞ məhkəməsi eradan əvvəl 330-cu ilə mövcud olmuş Əhəməni dövlətinə aid olan barelyefin İrana qaytarılması haqqında qərar çıxarıb. Barelyefdə əhəməni əsgərinin baş hissəsi əks olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İranın BMT yanındakı daimi nümayəndəsi Qulaməli Xoşru barelyefin Nyu-York hərracında 1 milyon 200 min dollara satılmasını bildikdən sonra məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı məlum olub ki, tarixi barelyef 1936-cı ildə İrandan oğurlanaraq qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılıb və Monreal muzeyinə satılıb. 2011-ci ildə isə Böyük Britaniya vətəndaşı Rupet Uels barelyefi Monreal muzeyini sığortalayan şirkətdən satın alıb və Nyu-York antikvar əşyalar hərracında satmaq istəyib. Nyu-York hərracı isə barelyefi 2018-ci ildə satışa çıxarıb. İranın BMT yanındakı daimi nümayəndəsi isə bundan xəbər tutaraq İran tarixinə məxsus olan əşyanı ölkəsinə qaytarmağa müyəssər olub.