Zaqatalada ev quşları müəmmalı şəkildə tələf oldu VİDEO


Digərləri 10 Okt 2018 22:10:00 228 0

Zaqatalada ev quşları müəmmalı şəkildə tələf oldu  VİDEO

Zaqatalanın Aşağı Tala kəndi ərazisində ev quşlarının kütləvi qırılma hadisəsi baş verib. Son.az bildirir ki, dünən səhər saatlarından başlayaraq toyuqlar tələf olub.

Hadisə Natella Nəsibovaya məxsus fermalardan birində baş verib. Təsərrüfat sahibi iddia edir ki, onun ev quşlarını qonşusu qəsdən zəhərləyib. Səbəb də olub ki, toyuq-cücə onun sahəsinə keçir. Dediyinə görə, qonşu sahəsinə zəhərli dən səpib. Hazırda 100-ə yaxın ev quşu tələf olub.

Əraziyə baytarlıq nümayəndəsi dəvət olunub. Ölmüş quşlara yerində baxış keçirilib. Dəqiq diaqnoz baytarlıq laboratoriyasının cavabından sonra bilinəcək.

Tələf olmuş quşlar torpağa basdırılıb. Fermer Natella Nəsibova hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verib. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: