Qozağacı kəndinə ilk dəfə təbii qaz verilib


Digərləri 10 Okt 2018 21:40:00 312 0

Qozağacı kəndinə ilk dəfə təbii qaz verilib

Siyəzənin Qozağacı kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 65 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 558 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.