Prokurorluq: Elçin Qurbanov həbs olunmamışdan əvvəl fevral ayında vəzifəsindən azad edilib


Digərləri 10 Okt 2018 21:07:00 292 0

Prokurorluq: Elçin Qurbanov həbs olunmamışdan əvvəl  fevral ayında vəzifəsindən azad edilib

Qurbanov Elçin Müzəffər oğlu 21.02.2018-ci il tarixdə Bakı şəhər prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

Son.az bildirir ki, Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib.

Aparılmış istintaq zamanı Qurbanov Elçin Müzəffər oğlu Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.