"Qanlı hadisə olmuşdu, biz gedib həll etdik"


Şou-biznes 10 Okt 2018 18:36:00 302 0

"Qanlı hadisə olmuşdu, biz gedib həll etdik"

Xalq artisti Ağadadaş Ağayev həmkarı Səməd Səmədovla bağlı gözlənilməz açıqlama verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "5/5" verilişində bildirib ki, qəza zamanı qohumu Səmədovun yaxınını öldürüb:

"Qanlı hadisə olmuşdu, biz gedib həll etdik. Bizim nəsillə bunların nəsli yolda toqquşmuşdu. Böyük bir hadisə idi. Səməd humanist addım atdı. Biz tərəfdən məni, o tərəfdən Səməd müəllimi böyük seçdilər. Qəzada ölən də var idi. Səməd bəy kişilik etdi, problemi yoluna qoyduq".