“Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı


Digərləri 10 Okt 2018 17:16:00 225 0

“Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun həbs-qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, vəsatət təmin edilib və X.Məmmədovun həbs müddəti daha üç ay uzadılıb. 

Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini hadisə yerində ölüb.