Müğənnilər toyda niyə döyülürlər? VİDEO FOTO


Şou-biznes 10 Okt 2018 14:35:00 246 0

Müğənnilər toyda niyə döyülürlər?  VİDEO  FOTO

Hər toyda olmasa da bir çoxunda toy sahiblərinin yediyini-içdiyini burnundan tökən qohum-əqraba, tanış-biliş çıxır. Ara qarışıb, məzhəb itəndə isə müğənnilər də şillə təpiyin qurbanına çevrilirlər.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. El arasında baməzə şəkildə belə bir deyim var: Toyların yaraşığı davalardır.

Toyda müğənnilər və qonaqlar arasında davaların səbəbi nədir? Niyə müğənnilər dəvət olunduqları yerdə təzyiqə məruz qalırlar? Spirtli içki dilinə dəyən kimi şirə, pələngə çevrilənlərin isə gözlərinə heç nə görünmür. "Burada mənəm. Bağdadda kor xəlifə" deyənlərin mahnı sifarişini geri çevirmək belə böyük davalara gətirib çıxara bilər. Bəzən də olur ki, qonaqlar qalır bir yanda ev sahibi dəvət etdiyi müğənninin dünyasını burnundan tökür. Burada əsas səbəb ev yiyəsinin verdiyi pulun qarşılığında istədiyi kimi məclisin alınmamasıdır. Bu halda elə ifaçıların özləri də mügənnini döyən məclis sahiblərinə haqq qazandırır. Cavaşir Məmmədov - Müğənni: "Həmkarım telefonla mənə dedi ki, "İran təranələri" dedilər ifa etmədim, düz etmişəm? Dedim düz etməmisən. Sənə "Dolya" desəydilər, oxumayacaqdın? Onda səni "nakazat" edəcəkdilər". Psixoloqlar isə düşünürlər ki, bu cür hallar müğənnilər üçün sürpriz olmamalıdır. Çünki kütləvi auditoriyada müxtəlif xarakterli insanlar var.


Xəbərə aid fotolar