Daha bir kənd ilk dəfə təbii qazla təmin olunub


Digərləri 10 Okt 2018 13:44:16 242 0

Daha bir kənd ilk dəfə təbii qazla təmin olunub

Siyəzənin Qozağacı kəndi ilk dəfə təbii qazla təmin olunub

Bakı. Siyəzənin Qozağacı kəndi ilk dəfə təbii qazla təmin olunub. “Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, Qozağacı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 558 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.