Bakıda ayrı-ayrı şəxslərə qarşı quldurluq edən şəxslər saxlanılıb (FOTO)


Digərləri 10 Okt 2018 13:16:00 251 0

Bakıda ayrı-ayrı şəxslərə qarşı quldurluq edən şəxslər saxlanılıb (FOTO)

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Bakı. Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi, 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini, daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib. Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib.