Gömrükçülər avtomobildə xeyli miqdarda dərman preparatları aşkarlayıb


Digərləri 10 Okt 2018 11:16:00 228 0

Gömrükçülər avtomobildə xeyli miqdarda dərman preparatları aşkarlayıb

Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar.

Bakı. Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar. DGK-dan Trend-ə verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn "Mercedes Benz V280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.