Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı


Digərləri 10 Okt 2018 09:20:00 218 0

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları həm də Bakı Nəqliyyat Agentliyi müəyyən ediləcək.

Həmçinin "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları"nda da dəyişikliklər edilib.