Ağstafada 84 yaşlı qadın bıçaq xəsarəti alıb


Digərləri 09 Okt 2018 23:53:00 260 0

Ağstafada 84 yaşlı qadın bıçaq xəsarəti alıb

Ağstafa rayonunda ahıl qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Xatai kəndində qeydə alınıb.

Kənd sakini, 1934-cü il təvəllüdlü Humay Məmməd qızı Həsənova qarın nahiyəsindən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, qadın bağda nar yediyi zaman yıxılıb və əlindəki bıçaq ehtiyatsızlıqdan qarnına batıb.

Hazırda Cərrahiyyə Şöbəsində müalicəsi davam edən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.