Əmrbemərufu nə zaman etməmək olar?


Digərləri 09 Okt 2018 23:55:00 255 0

Əmrbemərufu nə zaman etməmək olar?

Allah Təala Quranda buyurur: "Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir". ("Maidə" 105).

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: "Əmr-be-məruf və nəhy-əz-munkər - İlahi vəzifələrdən biridir ki, insanın öz nəfsinin islah olmasına da təsirlər qoyar. Allah ona görə bu İlahi vəzifəsini vacib buyurmuşdur ki, İslamın sütunlarından biri olan əmr-be-məruf və nəhy-əz-munkər güclənsin, zəifləməsin. Əks halda İslamın sütunları zəifləyəcək və dağılacaqdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Əmr-be-məruf və nəhy-əz-munkər edin. Ancaq o zaman görsəniz ki, insanlar dünyanı üstün tuturlar və nəfsani istəklər onlara hakim olmuşdur və hər kəs ancaq öz rəyini bəyənir - özünüzlə məşğul olun və avamı boş buraxın".

Yuxarıdakı ayə o kəslər haqqında nazil olmuşdur ki, cəmiyyəti islah etmək üçün səy edirdilər, ancaq heç bir nəticə vermirdi və bu işdə də özlərini qınayırdılar. Allah da həmin ayədə buyurur ki, sən öz vəzifəni yerinə yetir, qalanı ilə işin olmasın.