İslam rejiminin dəhşətli suiqəsd aktları


Dünya 09 Okt 2018 23:11:00 257 0

İslam rejiminin dəhşətli suiqəsd aktları

İran rejimi həm ölkə daxilində, həm də xaricdə ona qarşı müxalifətdə olan şəxslərə qarşı sui-qəsd və edamları artıq 40 ildir ki, davam etdirir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, 1979-cu ildə qurulan islam rejiminin öz müxaliflərinə qarşı həyata keçirdiyi tədbirlər dünya mediasının diqqətindədir.

40 il əvvəl qurulan indiki İran rejimi ona qarşı olan siyasi fiqurları, müxalifət liderlərini, hətta sənətçiləri belə xarici ölkələrdə müəyyən edərək sui-qəsdlər həyata keçirib.

Məsələn, bu ilin avqustun ortalarında Avropada sui-qəsd planında yer aldıqları səbəbindən Tehranın Hollandiyadakı səfirliyinin iki diplomatı deportasiya olunub.

Belçika hökuməti bu ilin avqustun 2-də İran İnqilabı Milli Konqresi tərəfindən keçirilən və dünyanın hər tərəfindən qonaq dəvət etdiyi Paris konfransına mümkün bomba hücumuna görə iki Belçika vətəndaşını və bir iranlı diplomatı həbs etdiyini elan edib. Elə Fransanın özündə də bu hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Belçika prokurorluğu İran əsilli belçikalı cütlüyün avtomobilindən yarım kiloqram partlayıcı maddə və atəş açmaq üçün alətlər tapdığını elan edib. Eyni zamanda hadisə ilə əlaqəli İranın Avstriya səfirliyində çalışan diplomatın Almaniyada saxlanıldığı haqqında da informasiya ortaya çıxıb. Hollandiya isə yaşanan bu hadisələrin üzərindən bir neçə gün keçdikdən sonra iki iranlı diplomatı ölkədən deportasiya etdiyini açıqlayıb.

Diplomatların hansı səbəbdən deportasiya olunma səbəblərinin üzərindən sükutla keçilib. Ancaq sonradan məlum olub ki, Hollandiya hökuməti siyasətçi Əhməd Mevla Ebu Nahz Laheyd sui-qəsdə məruz qaldıqdan 8 ay sonra Əli Motemed adlı İran vətəndaşını deportasiya edib.

Qeyd edək ki, Əli Motemed adlı şəxsin əslində 1981-ci ildə İran rejiminin 80 əsas simasının öldüyü terror hadisəsində günahkar sayılan Xalq Mücahidləri Təşkilatının üzvü Məhəmməd Rıza Kolahi olduğu iddia edilir.