Spirtli içkidən sonra niyə yaddaş çatışmazlığı baş verir?


Digərləri 09 Okt 2018 23:05:00 273 0

Spirtli içkidən sonra niyə yaddaş çatışmazlığı baş verir?

Bayram zamanı miqdardan artıq spirtli içki qəbul etdikdən sonra bir neçə saat ərzində baş verən hadisələr yaddaşdan tam və ya qismən silinir. Bir çoxları həyatlarında bir dəfə də olsun bu cür halla qarşılaşıb.

Həddən artıq spirtli içkinin qəbul edilməsi nəticəsində yaranan amneziya ABŞ prezidenti Donald Trump tərəfindən Ali Məhkəməyə təyin edilən hakim Brett Kavanaugha qarşı irəli sürülən cinsi təcavüzlə bağlı ittihamların müzakirə mövzusu olub. İttihamçılardan biri iddia edir ki, 36 il əvvəl Kavanaugh 17 yaşında olarkən tələbə ziyafətlərindən birində ona hücum edərək guya ona təcavüz etməyə cəhd edib. Digəri isə təqribən həmin illərdə Kavanaughun sərxoş olan zaman onun qarşısında şalvarını soyunduğunu danışıb.

Kavanaugh özü qətiyyətlə bu ittihamları rədd edir. Onun iddialarına görə, o həmin ziyafətdə olmayıb və bu hekayə prezident Trumpın təyinatının qarşısını almaq üçün demokratlar arasındakı düşmənləri tərəfindən uydurulub. Bəziləri ehtimal edirlər ki, Kavanaugh spirtli içki ucbatından yaddaş pozuntusundan da əziyyət çəkə bilər. Lakin onun özü bu ittihamları da qətiyyətlə rədd edir.

Spirtli içki bulanması (blackout) nədir?

Yaddaşda bu cür pozuntular o zaman qeydə alınır ki, insan içkinin təsiri altında olan zaman beyin hadisələri, baş verənləri yadda saxlamır. ABŞ-ın Alkoqolla Mübarizə Milli İnstitutunun məlumatına görə, bu ona görə baş verir ki, yaddaşa və hadisələrə görə cavab verən beyin nahiyəsi - hipotalamus spirtli içkinin təsiri altında müvəqqəti olaraq fəaliyyətini dayandırır. Nəticədə məlumatların yazılması və qorunması sistemində boşluqlar yaranır.

Yaddaş itkisinin iki növü var:

Tez-tez rast gəlinən forması - parçalanmış yaddaş itkisidir. Bu o zaman baş verir ki, insanın yaddaşında hadisələr qırıq-qırıq qalır və o, vacib xırdalıqları xatırlaya bilmədiyinə görə, müəyyən vaxt ərzində baş verənləri əlaqəli şəkildə təsvir edə bilmir. Ekspertlərin sözlərinə görə, belə olan halda bir qayda olaraq müəyyən səylər nəticəsində yaddaşda hadisələrin baş vermə şəklini bərpa etmək mümkün olur. Yaddaşın tam itməsi - amneziyanın ağır formasıdır. İnsan bir neçə saat ərzində baş verənləri ümumiyyətlə xatırlamır. Bu halda hadisələr beyində qeydə alınmadığına görə onları bərpa etmək qeyri-mümkün olur.

Bu nə qədər yayılıb?

Aparılan araşdırmaların nəticələri göstərir ki, xüsusulə spirtli içkidən istifadə edən gənc insanlar arasında parçalanmış yaddaş itkisinə tez-tez rast gəlinir.

"Spirtli içkidən istifadə edən gənc insanların 30-50 faizi bir dəfə də olsun yaddaş itkisindən əziyyət çəkdiklərini etiraf ediblər ", - Brown universitetinin professoru Kate Keri deyir.

Fotonun müəllifiPA

Yaddaş itkisi spirtli içki qanda müəyyən konsentrasiyaya (qatılıq) çatan zaman baş verir. Amneziya qısa müddət ərzində böyük miqdarda və ya acqarına spirtli içkinin qəbul edilməsi nəticəsinə yarana bilər. Yaddaş itkisi spirtli içki konsentrasiyası qanda 0,2 faizə (2 ppm) çatan zaman baş verir. Məsələn, ABŞ-da spirtli içkinin konsentrasiyası 0,08 faiz səviyyəsində olan zaman avtomobili idarə etmək olmaz.