D vitamini haqqında mif dağıdıldı


Digərləri 09 Okt 2018 22:35:00 296 0

D vitamini haqqında mif dağıdıldı

Oklend və Aberdin universitetlərinin mütəxəssisləri D vitamininin insanın sümüklərinin bərkiməsində heç bir rol oynamadığını qeyd ediblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlərin bu kəşfinə qədər D vitamininin sümüklərin bərkiməsinə kömək etdiyi deyilirdi. Guya ki, bu vitamin mədə-bağırsaq traktında kalsium və maqneziumun birləşdirilməsi funksiyasını yerinə yetirirmiş. Ona görə də, mütəxəssislər D vitamin ilə yanaşı kalsiumun də qəbul edilməsini məsləhət görürlər.

Məlum olub ki, şimal ərazilərində yaşayan insanlar günəş şüalarını az gördükləri və orqanizmlərində D vitamini çatışmadığı üçün bioloji aktiv əlavələrdən istifadə edirlər. Amma aparılan araşdırmalar göstərib ki, əlavələr şəklində qəbul edilən D vitamini sümüklərin qırılması hallarının azaltmır və sümük toxumalarının sıxlığını artırmır.