Ümmisibyan duası nədir?


Digərləri 09 Okt 2018 22:15:00 339 0

Ümmisibyan duası nədir?

Klassik tibb mənbələrində uşaqlara aid olan psixoloji xəstəliklər, xüsusilə, ürəkkeçmə xəstəliyi ümmi-sibyan adlanırdı. Bəzi hədislərdə körpəni ümmi-sibyan xəstəliyindən qorumaq üçün tövsiyələr mövcuddur. Ən effektiv üsul kimi körpənin sağ qulağına azan, sol qulağına iqamə oxumaq tövsiyə edilir. Bundan əlavə, həcmi çox da böyük olmayan bəzi dualar da dini mənbələrdə öz əksini tapıb.

Son.az islam.az-a istinadən bildirir ki, dini baxımdan əsası olmayan bir inanca görə, ümmi-sibyan körpələrə ziyan yetirən cinin adıdır. Yuxarıda adı çəkilən xəstəliyin səbəbləri mövhumat nəticəsində cin-şeytanlarla əlaqələndirilmişdir. Keçmişdə körpələri guya ümmi-sibyanın zərərindən qorumaq üçün irihəcmli dualar yazırdılar. Halbuki, xəstəliyin səbəbini cinlərlə əlaqələndirmək xurafatdır.