Bakıda DƏHŞƏT: Sahibsiz itlər


Digərləri 09 Okt 2018 21:21:00 253 0

Bakıda DƏHŞƏT: Sahibsiz itlər

Küçə itlər iki uşağa hücum edib, birinin dodağını, digərinin əlini dişləyib. Hadisə Bakıda, Xəzər rayonunda baş verib. Xəsarət alan uşaqların vəziyyəti hazırdanormaldır. Yaşayış massivinin sakinləri isəərazidə sahibsiz itlərin çox olmasından narahatdırlar. Onlar aidiyyatı qurumlardan problemin həllini tələb edirlər.

Bakıda sahibsiz itlər uşaqlara hücum edib.

İtlər uşaqlardan birinin dodağını, digərinin isə əlini dişləyib. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi "İkinci yeni sahə" adlandırılan ərazidə baş verib.

Zibillikdə toplanan sahibsiz itlər Mələk İbrahimova ilə Ramal Hüseynliyə hücum edərək onlara xəsarət yetirib..

Sakinlər deyirlər ki, sahibsiz itlər təkcə balacalara yox, elə böyüklərə də qənim kəsilib. Massivdə zibil qutuları olmadığından, məişət tullantıları hara gəldi atılır. Bu da sahibsiz itlərin həmin əraziyə toplanmasına səbəb olur.