Ermənistanda parlament seçkiləri dekabrda keçiriləcək VİDEO


Dünya 09 Okt 2018 21:09:00 225 0

Ermənistanda parlament seçkiləri dekabrda keçiriləcək  VİDEO

Ermənistan parlamenti narazılıq və müzakirələrdən sonrabu gün keçirilən iclas zamanı növbədənkənar seçkilərindekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu arada seçkilər ərəfəsində müxalif qüvvələr paşinyana qarşı birləşməyə başlayıblar.

Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bu barədə qərar parlamentin bu gün baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.

Qərardan sonra Parlamentin iki həftə ərzində yeni baş nazir seçməməsi şərti ilə Nikol Paşinyan istefaya getməlidir.

Bu arada Ermənistan mətbuatında yer alan xəbərlərə görə, növbədənkənar parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələr səfərbər olublar.

Ermənistanda iş adamı kimi tanınan "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan yeni hökumətə qarşı ittifaq yaradır. O, parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə yaxın zamanlarda danışıqlara başlayacağını açıqlayıb.