Bakıda "Kia" və "Hyundai" toqquşdu, qadın sürücü üçün təcili yardım çağırıldı


Digərləri 09 Okt 2018 20:02:00 285 0

Bakıda "Kia" və "Hyundai" toqquşdu, qadın sürücü üçün təcili yardım çağırıldı

Bakıda "Kia" ilə "Hyundai" markalı avtomobillər toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, qəza metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib.

Qəzaya səbəb "Hyundai" markalı avtomobilin ara məsafəsi saxlamaması olub. Qeyd edək ki, "Kia" avtomobilinin sürücüsü qadın olub. Sürücünün vəziyyəti pisləşdiyindən qəza yerinə təcili tibbi yardım çağırılıb.

Son.az