DİQQƏT! Sosial şəbəkələrə giriş üçün


Digərləri 09 Okt 2018 19:32:00 386 0

DİQQƏT! Sosial şəbəkələrə giriş üçün

Azərbaycanda "Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında" qanun layihəsi hazırlanır. Sosial mediada yayılan fikir, ifadələr eləcə də, təhqir və böhtan xarakterli informasiyaların çoxalması millət vəkillərini də dilə gətirib.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sosial şəbəkələrin daha çox istifadəçisi olan gənclər də, bu qanunun qəbulundan məmnun görünür.

Sakin: "Fikrimcə istifadəçi sayı azalacaq. Sosial şəbəkələrə girənlərin çoxu təhqiramiz ifadələr işlədirlər".

Millət Vəkili Hikmət Babaoğlunun isə fərqli təklifi var. Deputat hesab edir ki, sosail şəbəkələrdə qeydiyyat şəxsiyyəti təsdiq edən sənədlə olmalıdır.


Xəbərə aid fotolar