İstanbulda itkin düşən jurnalistlə bağlı 7 şübhəli müəyyənləşib


Dünya 09 Okt 2018 18:28:00 317 0

İstanbulda itkin düşən jurnalistlə bağlı 7 şübhəli müəyyənləşib

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binası qarşısında qoyulan iki kamera Camal Qaşıqçının itkin düşməsi ilə bağlı 7 şübhəlini təsbit edib.

Son.az report-a istinadən xəbər verir ki, jurnalistin itkin düşməsi ilə əlaqədar 150 kameradakı videoyazı araşdırılıb.