“Bəygəlin bunu 3 minə alıb, toyda tort əvəzinə kəsir” VİDEO


Digərləri 09 Okt 2018 16:13:00 251 0

“Bəygəlin bunu 3 minə alıb, toyda tort əvəzinə kəsir”  VİDEO

Dünəndən etibarən Bakıda ənənəvi bal yarmarkasına start verilib. Ötən illərdən fərqli olaraq bu dəfə yarmarka açıq havada, yəni Tofiq Bəhramov stadionunun qarşısında təşkil olunub.

Son.az xəbər verir ki, qafqazinfo yarmarkada iştirak edib, arıçılarla söhbətləşib.

Hər zaman yarmarkanın mərkəzdən uzaq olması səbəbilə alıcıların rahat gələ bilməməsindən gileylənən arıçılar bu dəfə məkandan razı görünürdü.

Arıçı Fazil Təhməzovun sözlərinə görə, ilk gün olmasına baxmayaraq, yarmarka ilə xeyli maraqlananlar var. Balın qiyməti isə son üç ildir ki, sabitdir: "20-35 manat arasında dəyişir. Ancaq son söz elə alıcınındır". 

Yarmarka iştirakçılarından olan İlqar Məmmədov 14 yaşından arıçıdır. Bununla yanaşı, o, 30 ildir ki, dülgərlik fəaliyyəti ilə məşğul olur. Alıcıların marağını qazanmaq və yarmarkada fərqlənmək üçün arıçı bu il qeyri-adi addıma əl atıb. Belə ki, iki peşəsini birləşdirərək ağacdan hazırladığı çiçəyin ləçəklərinə bal lövhələri yerləşdirib. Dediyinə görə, hər ləçəyin qiyməti 50 manatdır. Çiçək isə artıq çoxdan alınıb. Özü də nə az, nə çox 3 min manata: