Oğlunu itirən azərbaycanlı müğənni efirə çıxmaqdan imtina etdi


Digərləri 09 Okt 2018 15:59:00 203 0

Oğlunu itirən azərbaycanlı müğənni efirə çıxmaqdan imtina etdi

Oğlunun ölümündən sonra "Mənim üçün həyat bitdi" deyib, bir daha oxumayacağını bəyan edən Zöhrə Abdullayeva efir təkliflərindən də imtina etdi.

Son.az xəbər verir ki, əməkdar artisti yenidən efirə, səhnəyə qaytarmaq üçün aparıcı Nanə Ağamalıyevanın təşəbbüsü ilə Manaf Ağayev, Nüşabə Ələsgərli və aparıcının özü Zöhrə xanımın evinə gediblər. Lakin, aldıqları cavab ürək açan olmayıb.

Zöhrə Abdullayeva "Efirə çıxmaq fikrim yoxdur. Mənim yaram heç köz bağlamır" deyib.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.