90 min manat mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başladı


Digərləri 09 Okt 2018 15:14:00 237 0

90 min manat mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşı Şahin Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşı Şahin Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Ş.Mövsümov günahsız olduğunu deyib. Bildirib ki, o bankın pulunu mənimsəməyib.