Türkiyədə 386 minlik dələduzluq


Dünya 09 Okt 2018 15:05:00 239 0

Türkiyədə 386 minlik dələduzluq

Türkiyənin Bursa şəhərində özlərini hakim və polis kimi təqdim edərək dələduzluq edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Onlar Türkiyə vətəndaşları - 74 yaşlı V.B və 64 yaşlı F.H.-nı aldadaraq 368 min lirə pulun arxasına keçiblər. Tutulan dəstə üzvlərindən biri - S.Z. adlı şəxs azərbaycanlıdır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, şübhəlilərdən biri özünü vəkil kimi təqdim edərək V.B.-yə zəng edib və bankdakı pulunun FETÖ terror təşkilatı tərəfindən istifadə olunduğunu deyib. Bildirib ki, pulu bankdan çəkərək onlara verməlidir. Sonra dəstə üzvləri həmin şəxsin bankdan çıxardığı 24 min 75 türk lirəsi məbləğində pulu alaraq aradan çıxıblar. Aldadıldğını başa düşən V. B. isə polisə müraciət edib.

Polis cinayətkar dəstə ilə bağlı araşdırmaya başladığı müddətdə şübhəlilər bu dəfə təqaüddə olan dövlət məmuru F.H.-ya zəng edərək aldadıblar. Bu dəfə özünü polis kimi təqdim edən dəstə üzvü eyni üsulla pulu sahibinin əlindən alıb. F.H. bankdan çıxardığı 310 min 510 TL, 2 min 287 dollar və 2 min 750 avto pulu şübhəlilərdən birinə təqdim edib. Onlar iki avtomobillə gəldikləri yerdən uzaqlaşıblar.