Afaq Aslandan Lotu Qulinin həbsinə REAKSİYA: "Tutulubsa da..."


Şou-biznes 09 Okt 2018 14:40:00 321 0

Afaq Aslandan Lotu Qulinin həbsinə REAKSİYA: "Tutulubsa da..."

Xəbər veridyimiz kimi, dünən Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlər yayılıb. Qeyd edilir ki, Nadir Səlifov izahatı alındıqdan sonra Azərbaycana göndəriləcək.

Son.az xəbər verir ki, Nadir Səlifovun Azərbaycanda sevgilisi olduğu deyilən müğənni Afaq Aslan publika-ya müsahibə verib.

- İşləriniz necədir?

- Yeni mahnılar üzərində çalışıram. Tezliklə dinləyicilərimi sevindirəcəyəm.

- Payız mövsümü bir çoxlarında, xüsusilə yaradıcı adamlarda depressiv əhval-ruhiyyə yaradır. Sizdə vəziyyət necədir?

- Depressiya halları məndə də olur, özümə qapanıram, heç bir iş görmək istəmirəm, uzaqlaşıram, demək olar ki, bütün çevrəmdən qaçıram. Belə anlarda gücümü bərpa etmək üçün səyahətə çıxıram, xarici ölkələri gəzirəm. Səyahət, həqiqətən də, depressiya ilə ən effektiv və sürətli müalicə üsuludur.

- Sevgilinizlə münasibətləriniz necədir?

- Münasibətlərim çox ciddidir, evlənməyə hazırlaşırıq.


Xəbərə aid fotolar